• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Kürdəmirdə əməliyyat: 57 kibrit qutusu marixuana aşkarlandı

CƏMİYYƏT

17 Yanvar 2024 | 16:48

Kürdəmirdə əməliyyat: 57 kibrit qutusu marixuana aşkarlandı

Kürdəmir rayon ərazisində polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı rayonun Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Polis əməkdaşları tərəfindən son iki həftə ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı ümumilikdə 11 nəfər saxlanılıb. Onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR