• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

KXDR bir neçə qanadlı raket buraxdı

DÜNYA

24 Yanvar 2024 | 08:35 | Müəllif: Qalib İbrahimoğlu

KXDR bir neçə qanadlı raket buraxdı

Koreya Xalq Demokratik Respublikası (KXDR) Sarı dənizə doğru bir neçə qanadlı raket buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin birləşmiş qərargahı açıqlama yayıb. Qanadlı raketlər yerli vaxtla səhər saat 7:00 radələrində buraxılıb.

Raketlərin sayı və onların uçuş parametrləri barədə məlumat verilmir.

Bu, Şimali Koreyanın cari ildə ilk qanadlı raket buraxılışıdır.

Qərargah Şimali Koreyanın hərbi aktivliyinin diqqətdə saxlanıldığını və məsələyə dair ABŞ hərbçiləri ilə əlaqələndirmə aparıldığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026