• Bakı 18° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür

GÜNDƏM

23 Aprel 2025 | 02:11

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür.

Bakıvaxtı.az xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

    Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

    Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.

    Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.


    SON XƏBƏRLƏR

    22 Aprel 2025