• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Lalə Azərtaş "mürəbbə" məsələsindən danışdı

CƏMİYYƏT

02 Iyul 2021 | 21:04

Lalə Azərtaş "mürəbbə" məsələsindən danışdı

Teleaparıcı Lalə Azərtaş Tarif Şurasının qaz və işığın qiymətində artım etməsi ilə bağlı etdiyi şərhin tənqid olunmasına münasibət bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, aparıcı İnstaqram səhifəsində video paylaşıb. O bildirib ki, yayılan videoda sözləri kəsilib:

“Böyük təəccüb və təəssüf içindəyəm. Qara piyarı başa düşdüm. Bundan qidalanırsınız, qazanırsınız, reytinqiniz var və s. Amma niyə bir xanımın çıxışının əvvəlini və sonunu kəsib, ortadakı cümləni, “mürəbbə" məsələsini fərqli başlıq altında fırladıb, insanlara yedirtməyə çalışırsınız? Ağzınız şirin oldu? Çətin... Təssüfüm nədir? İnsanlarımız nəəcəb sona qədər qulaq asmadan, girək baxaq görək nə deyib, oradakı səs tonunu, eyhamı, sarkazmı, o son cümlələrdəki "Qiymət artımına qəti qarşıyam" sözlərini tutmadan, nəəcəb əllərinə telefonlarını alıb yazmağa başladılar? Fərqli bir rahatlıq var içimdə, sevinc hissi var. Bacınız sizə qurban, bu gün mənim qazi qardaşlarım çox fərqli formalarda dəstək nümayiş etdirdilər. Şəhid ailələrimiz: “Qızım, yanınızdayıq, necə ki, sən yanımızdaydın. Sən bizim adımızdan danışdın” dedilər. Peşə borcumdur. Biz mavi ekrana həqiqətləri demək üçün çıxırıq. Siz diqqətlə qulaq assanız, görəcəksiniz ki, mən o çıxışda nə demişəm, necə və niyə demişəm. Siz ağı qaradan seçən və gözü tərəzi olan insanlarsınız”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026