• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sumqayıtda ata oğlunun evini yandırdı  

CƏMİYYƏT

01 Avqust 2021 | 19:10

Sumqayıtda ata oğlunun evini yandırdı

Sumqayıtda ata oğlu və gəlininin yaşadığı evi yandırıb. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Bakivaxti.az AzərTAc-a istinadən xəbər verir ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdiyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb.

Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb. Ailə qonşulara sığınıb. Ağabaxış Abdıyev oğlunun onu evdən qovduğunu deyərək əməlinə haqq qazandırmağa çalışıb.

Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026