Lənkəran rayon sakini bıçaqlanıb.
Bakıvaxtı.az-ın verdiyi məlumata görə, Lənkəran rayon Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Hadisənin hansı zəmində baş verməsi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./apa
















