• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Liftdə qalan 4 nəfər belə xilas edildi - VİDEO

HADİSƏ

22 Avqust 2024 | 11:30

Liftdə qalan 4 nəfər belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində 2 və Yasamal rayonu ərazisində 2 nəfərin liftdə, Nərimanov rayonu ərazisində isə ümumilikdə üç ünvanda 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində biri azyaşlı olmaqla 6 nəfər xilas edilib, 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026