• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Lionda Fransa prezidentinə yumurta atılıb

CƏMİYYƏT

27 Sentyabr 2021 | 16:52

Lionda Fransa prezidentinə yumurta atılıb

Naməlum şəxs Liona səfər edən Fransa Prezidenti Emmanuel Makrona yumurta atıb.

Bakıvaxtış.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli BFM telekanalı məlumat yayıb.

Telekanalın yaydığı görüntülərdə görünür ki, kütlədən atılan yumurtaya bənzər əşya Makronun çiyninə dəyir. Yumurtanı atan şəxs dərhal saxlanılıb.

Hadisənin görüntülərini dərc etmiş “LION Magazine” nəşri saxlanılarkən həmin gəncin “Yaşasın inqilab!” şüarı səsləndirdiyini yazıb. Hazırda onun motivləri məlum deyil.

Xatırladaq ki, bu, cari ildə Makronun hücuma məruz qaldığı ilk hal deyil. Belə ki, iyun ayında Dron departamentinə səfəri zamanı kütlədəki şəxslərdən biri Makronun üzünə zərbə endirmişdi.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026