Türkiyənin milli valyutası ABŞ dolları qarşısında dəyər itirməyə davam edir.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bazarların diqqəti dollar/TL məzənnəsində böyük aktivliyə səbəb ola biləcək bu həftə qərar verəcək Mərkəzi Banka yönəlib. Mərkəzi Bankın cümə axşamı ən mühüm faiz qərarını açıqlayacağı gözlənili. Belə ki, dolların məzənnəsi 23,62 TL-dən, avro isə 25,8462 TL-dən başlayıb.
Bəs lirənin düşməsi turizm sahəsinə necə təsir edir?
Aydınbey Hotellerin ön büro müdir yardıçmısı İlkin İsmayılov Bakıvaxtı.az-a bildirib ki, lirənin ucuzlaşması turizm baxımından Türkiyə üçün müsbət rol oynayır. Onun sözlərinə görə, belə ki, bütün əməliyyatlar euro ilə edildiyindən. xarici turların giyməti artırılır: “Sadəcə, Türkiyənin öz vətəndaşları üçün mənfi rol oynayir. Çünki ölkəiçi turların qiymətləri qalxır”.
Bu mövsüm Azərbaycandan qardaş ölkəyə turist axınına gəlincə, müsahibimiz qeyd edib ki, əvvəlki illərlə müqayisədə axın azdır.
“Mən bunu ancaq bahalıqla əlaqələndirirəm”, - deyə İlkin İsmayılov əlavə edib.
Murad Məmmədli












jpg-1689745504.webp)
jpg-1689744371.webp)


