• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Livan qaranlığa qərq oldu

DÜNYA

11 Oktyabr 2021 | 00:51

Livan qaranlığa qərq oldu

Livanda yanacaq böhranı ilə əlaqədar 2 böyük elektrik stansiyası fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bundan sonra ölkə miqyasında işıqlar sönüb.

Böyüyən böhrandan çıxış yolu olaraq Silahlı Qüvvələrə müraciət edən Livan Elektrik Qurumundan bildirilib ki, enerji istehsalı üçün ordunun yanacaq ehtiyatlarından istifadə olunacaq.

Qeyd olunub ki, ordu iki stansiyanın işləməsi üçün 6 milyon litr yanacaq verəcək ki, bu da üç günlük müddət üçün təxminən 300 meqavatt əlavə enerji təmin edəcək.

Ordudan hələlik məsələyə münasibət bildirilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026