Livanın cənubunda yerləşən Zaxrani neft anbarının ərazisində yanğın olub.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Al-Jadeed” telekanalı məlumat yayıb.
“Mülki müdafiə xidmətinin əməkdaşları yanğını söndürürlər”, - telekanal bildirib.
















