• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəldi

İDMAN

06 Sentyabr 2022 | 23:28 | Müəllif: Subhan Mahmudov

Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəldi

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq başa çatıb.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkib. Meydan sahibləri rəqibini minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.

Digər oyun isə G qrupunda baş tutub. Dortmund "Borussiya"sı Almaniyada Danimarka "Kopenhagen"inə 3 cavabsız qolla qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026