"Gün ərzində maye qəbulunu 2-3 litrə qaldırmaq lazımdır".
Bakıvaxt.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, maye qəbulu zamanı susuzluğu hiss etməyə ehtiyac yoxdur.
"Yetəri qədər maye qəbulu olmadıqda insanlarda halsızlıq baş verə bilər".
Terapevt bildirib ki, yeməklə maye qəbul etmək düzgün deyil.
Mnia Mikayılova
















