• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Mbappeyə görə PSJ-dən UEFA-ya şikayət edilib

İDMAN

15 Iyun 2022 | 17:33

Mbappeyə görə PSJ-dən UEFA-ya şikayət edilib

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Fransa PSJ-sindən UEFA-ya şikayət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, müraciət Paris təmsilçisi tərəfindən maliyyə feyr-pleyi qaydalarını mümkün pozuntusu ilə əlaqədardır.

La Liqa rəhbəri bildirib ki, PSJ belə pozuntulara daim yol verdiyi üçün hüquqi müstəvidə addımlar atacaqlar. Şikayət birbaşa Kilian Mbappenin yeni müqavilə şərtləri ilə əlaqədardır.

Narazılıq məktubu UEFA-ya ötən həftə göndərilib.

Qeyd edək ki, daha əvvəl Xavyer Tebas İtaliyanın "Yuventus" və İngiltərənin "Mançester Siti" klublarından da narazılığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026