• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

"Mədən vergisi daxilolmaları 2 dəfə artıb" - Nazir

İQTİSADİYYAT

28 Oktyabr 2022 | 16:53

"Mədən vergisi daxilolmaları 2 dəfə artıb" - Nazir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədən vergisi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox olub.

Bakıvaxtı.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tvitter"də yazıb.

Bundan başqa, onun sözlərinə görə, son 1 ildə daxilolmalar mənfəət vergisi üzrə 48,2 %, əlavə dəyər vergisi üzrə 27,8 %, əmlak vergisi üzrə 24,6%, fiziki şəxslərin gəlir vergisi üzrə 22,4 %, yol vergisi üzrə 15,8 %, aksiz vergisi üzrə 15,3 %, torpaq vergisi üzvə 11,5 %, sadələşdirilmiş vergi üzrə isə 10,1 % artıb.

Xatırladaq ki, 9 ay ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 451,4 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 64,5% çoxdur. Daxilolmaların 6 milyard 222 milyon manat qeyri-neft sektorunun payına düşüb ki, bu da illik müqayisədə 32,2 % çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR