• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avropa ölkələri Ukraynaya yardımı genişləndirəcək

İQTİSADİYYAT

25 Noyabr 2022 | 22:07 | Müəllif: Subhan Mahmudov

Avropa ölkələri Ukraynaya yardımı genişləndirəcək

Avropa ölkələri elektrik enerjisi sektorunda Ukraynaya yardımı genişləndirəcək.

Bakıvaxtı.az "report"a istinadən bildirir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra mətbuata açıqlama verən AK rəsmisi qeyd edib ki, Aİ Rusiyanın Ukraynanın mülki infrastrukturunu qəsdən bombalamasına görə əziyyət çəkən Ukrayna xalqı həmrəydir:

"Biz elektrik enerjisinin verilməsini bərpa etməli və Ukraynaya təcili yardım göstərmək üçün tərəfdaşlarla işi gücləndirməliyik".

Hazırda Avropa Komissiyası Litvadan 200 transformator, Latviyadan avtotransformator və Rumıniyadan 40 güclü generatorun gətirilməsinə hazırlaşır.

Bundan əlavə, Avropa Komissiyası Polşada yeni enerji mərkəzinin yaradılması üzərində işləyir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026