Məmləkət Partiyasının sədri Məhərrəm İncə yenidən CHP-yə üzv olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məhərrəm İncə CHP partiyasının parlament qrup iclasında iştirak edib və iştirakçılar qarşısında çıxış edib.
***
12:30
Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır.
Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, Məhərrəm İncə bu gün keçiriləcək partiyanın parlament qrup iclasında yenidən CHP-yə qatılacaq.
CHP lideri Özgür Özəl Məhərrəm İncəyə partiya döş nişanını təqdim edəcək.
Qeyd edək ki, Məhərrəm İncə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultay keçirərək özünü buraxacaq.











jpg-1753348190.webp)
png-1753346966.webp)
jpg-1753346617.webp)
jpg-1753345452.webp)

