Ankara İkinci Cəza Məhkəməsi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sedat Peker barəsində həbs qərarı çıxarıb.
Bakıvaxtı.az “Hürriyet”ə istinadən xəbər verir ki, qərar Ankara Baş Prokurorluğunun təqdimatı əsasında qəbul olunub.
Türkiyənin beynəlxalq axtarışa verdiyi S.Peker xaricə qaçıb, buna görə də məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
Qeyd edək ki, Peker hazırda Mərakeşdədir.
















