• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məmurlar, İH və bələdiyyələr əlbir olub bütün boş sahələri satdılar - AÇIQLAMA

CƏMİYYƏT

22 Iyul 2021 | 14:45

Məmurlar, İH və bələdiyyələr əlbir olub bütün boş sahələri satdılar - AÇIQLAMA

Ölkədə olan ən böyük problemlərdən biri də yeni tikilən binaların düzgün yerlərdə tikilməməsidir. İllər əvvəl məktəbləri, bağçaları, kommunal xidmətləri beşmərtəbəli və doqquzmərtəbəli binalarda yaşayan əhali üçün hesablanmış ərazilərdə yeni hündürmərtəbəli binalar tikilir. Bu da çox ciddi problemlər yaradır. Belə ki, ərazilərdə məktəb, bağça, su, işıq və qaz əvvəllər tikilmiş binalara əsasən hesablandığına görə yeni binalar tikildikdə sıxlıq yaranır, hətta məktəb və bağçalarda yer olmur. Bəs belə binaların tikilməsinə niyə icazə verilir? Bunun qarşısı necə alınacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Razi Nurullayev bu problemin niyə yarandığından söz açıb:

Əslində, binaların, əhalinin çoxalması nəticəsində şəhərin müxtəlif yerlərində sıxlığın yaranması, bağçaların sayında çatışmazlıq olması, əlavə olaraq, qaz və su kimi digər müxtəlif xidmətlərin yüklənməsi indiki problem deyil. Bu, 90-cı illərdən başlayan xaotik tikintilər nəticəsində oldu. Hesablanmadan kim istədisə, rüşvətini verib başladı tikməyə. Necə gəldi tikdi? Beşmərtəbəli binalar üçün nəzərdə tutulan yerdə onmərtəbəli, onmərtəbəli bina üçün nəzərdə tutulan yerdə iyirmimərtəbəli bina tikdi. Şəhərin ümumi baş planına heç kim məhəl qoymadı. Bütün məmurlar, şəhər icra hakimiyyətləri, bələdiyyələr hamısı bir-biri ilə əlbir olaraq Bakının bütün boş sahələrini, ümumiyyətlə, harda balaca bir sahə var idisə, hamısını satdılar. Heç vaxt da nə işığı, qazı, suyu, nə digər xidmətləri, nə də əhalinin rahatlığını, park yerlərini nəzərdə tutmadılar.

Hətta bu gün Bakı elə xaotik şəkildə tikilib ki, yanğınsöndürənlər belə evlərə yaxınlaşıb yanğını söndürməkdə çətinlik çəkirlər. Doğrudan da, fəlakətli bir hal yaranıb. Həmin müxtəlif insanlar evini, mal-qarasını, toyuq-cücəsini satıb gəlib rüşvət verib harda gəldi ev tikirdi. Çoxu da keyfiyyətsiz və plansız. Bunun nəticəsində, belə problemlər yaşanır. Amma hal-hazırda Arxitektura Komitəsinə yeni səlahiyyətlər verildikdən və icra hakimiyyətlərindən səlahiyyətlər alınandan sonra müəyyən imkanlar yaranıb. Həqiqəti demək lazımdır ki, Arxitektura Komitəsinin rəhbəri Samir Nuriyev təyin olunduqdan sonra o səhadə ciddi bir düzən yarandı. Həmin düzən bu gün də davam edir. İndi, təbii ki, bir çoxları bəzi gecikmələrdən və s. şeylərdən narazı qalır, amma qayda-qanunun yaranması üçün bu vacib məsələdir. Ona görə də, bundan sonrakı məsələlərdə siz deyən problemlər az yaşanır və yaxud yaşanmır, amma buna qədər yaşanıb. Mənə elə gəlir ki, bu məsələlərin həll olunması üçün oralarda olan xidmət sahələrini genişləndirilməsi və yeni xidmət sahələrinin yaradılması lazım gələcək. Ancaq hardasa yer olmaması dövlətin qarşısında ciddi bir problemdir. Təbii ki, günahkarlar cəzalandırılmalı və qanunsuz tikililər sökülməlidir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026