• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Mercedes" ağaca çırpıldı: ölən var

HADİSƏ

11 Iyun 2022 | 09:05 | Müəllif: Qalib İbrahimoğlu

"Mercedes" ağaca çırpıldı: ölən var

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Şəki şəhərinin Aşağı Küngüt kəndində qeydə alınıb. "112" qaynar telefon xəttinə Şəki şəhərinin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026