Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən 8 %-ə qaldırılması barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 1 faiz bəndi artırılaraq 5 %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunub.
İqtisadçı-ekspert Cəfər İbrahimli AMB-nin bu qərarını Bakıvaxtı.az-a şərh edib.

“AMB pul kredit siyasətini sərtləşdirməyə və dövriyyədə olan pul kütləsinin sayının azaldılması ilə bağlı qərar verib.
Cari ildə gözlənilən inflyasiya gözləniləndən yüksəkdir. AMB dövriyyədəki pul kütləsini azaltmaq üçün bu siyasəti həyata keçirir. Pul kütləsinin azalmaqda məqsəd inflyasiyanın təsirlərini minumuma endirməkdir”, - deyə C.İbrahimli bildirib.
Ekspert hesab edir ki, AMB-nin bu qərarı kommersiya banklarının kredit faizlərinə təsir göstərməyəcək: “Bankların kredit faizi hazırda bazar şərtlərinə görə, müəyyənləşir və minimum səviyyədədir. Məncə, son qərar bankların kredit faizlərinə təsir etməyəcək”.
Ramid İbrahimov
















