Türkiyəli məşhur müğənni Aleyna Kalaycıoğlu ölkəsini tərk etmək qərarına gəlib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, Aleyna Kalaycıoğlunun Türkiyədə yaşanan zəlzələlərdən dolayı psixologiyası pozulub.
Nəticə etibarlə, o, ölkəsini tərk edib Berlində yaşamaq qərarına gəlib.
"Ölkəmi çox sevirəm. Evim buradadır, təbii ki, burada yaşamaq istəyirəm, amma alimlərin dedikləri də məni qorxudur. Ona görə də bir müddət Berlində yaşayacağam. Orada musiqi ilə məşğul olmağa davam edəcəyəm. Mən Türkiyəyə tez-tez gələcəm”,-deyə müğənni açıqlama verib.
Qeyd edək ki, Aleyna Kalaycıoğlu "Survivor" yarışmasında iştirak edərək daha da məşhurlaşdıqdan sonra müğənniliyə başlayıb.
Xəyalə Rza
















