• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Metroda NÖVBƏTİ nasazlıq: QATARLAR GECİKİB - RƏSMİ 

CƏMİYYƏT

15 Oktyabr 2024 | 17:49 | Müəllif: Əli Hüseynov

Metroda NÖVBƏTİ nasazlıq: QATARLAR GECİKİB - RƏSMİ

Bakı metropoliteninin hərəkət qrafikində problem yaranıb. 

Bakıvaxtı.az xəbər verir ki, baş vermiş hadisə ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC açıqlama yayıb.

Bildirilib ki, Bakı metrosunun "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasındaikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.

Metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb. Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026