• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məzahir Pənahov: "Fevralın 9-da lider namizədi təqdim edəcəyik" - VİDEO

SİYASƏT

08 Fevral 2024 | 03:30 | Müəllif: Subhan Mahmudov

Məzahir Pənahov: "Fevralın 9-da lider namizədi təqdim edəcəyik" - VİDEO

Hesab edirəm ki, seçkilər çox yüksək səviyyədə keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar Prezident seçkilərinin yekunlarına həsr olunan brifinqdə açıqlayıb. 

Onun sözlərinə görə, Azərbaycan xalqı öz konstitusyon hüquqlarını həyata keçirərək Prezidentini seçmək üçün səs verib: "Bu səsvermədə ilkin nəticələrə görə, lider namizədin böyük səs çoxluğu ilə Əliyev İlham Heydər oğlunun qalib gəldiyi hesab olunması heç bir şübhə doğurmur. Dediyim kimi, artıq məntəqələrin 6,65 faizindən nəticələr MSK-ya daxil olmalıdır. Yəqin ki, keç kimin şübhəsi yoxdur ki, altı faizdən bir az artıq məntəqələrdən MSK-ya daxil olan nəticələr bu ardıcıllığa heç bir şəkildə təsir edə bilməyəcək. 

Sabah səhərdən artıq dairə seçki məntəqələrindən protokollar daxil olacaq və MSK-nın fəaliyyəti həmin protokolların araşdırılmasına yönələcək. Fevralın 9-da artıq lider olan namizədi və digər səsləri ictimaiyyətə təqdim edəcəyik.

 Beləliklə, biz bu gün işimizi başa çatmış hesab edə bilərik". 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026