• Bakı 20° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Microsoft Windows 11-də kompüter oyunları ilə bağlı problemi aradan qaldırıb

Multİmedia

02 Dekabr 2022 | 02:27

Microsoft Windows 11-də kompüter oyunları ilə bağlı problemi aradan qaldırıb

Payız fəslinin əvvəlində Windows 11 istifadəçiləri şikayətlənməyə başlamışdılar.

Bakıvaxtı.az-ın məlumatına görə, əməliyyat sistemi kompüter oyunlarının performans göstəricilərini aşağı salmağa başlamışdı. Nəticədə Microsoft sözügedən problemin mövcudluğunu etiraf etdi. İndi isə şirkət sözügedən problemin aradan qaldırılması üçün nəzərdə tutulmuş sistem yenilənməsini təqdim edib. Bununla yanaşı Microsoft Windows 11-in hansı səbəbə görə kompüter oyunlarının performans göstəricilərini aşağı saldığını açıqlayıb. Qeyd etmək lazımdır ki, sözügedən problem oktyabr ayında Windows 11 üçün istifadəyə verilmiş 22H2 adlı yenilənmədən sonra ortaya çıxdı.

Microsoft-un verdiyi məlumata əsasən problem ondan ibarət idi ki, əməliyyat sisteminin daxili nasazlığı səbəbilə bəzi oyunlar qrafik prosessorun performansının sazlanması funksiyasını aktivləşdiriblər. Sözügedən funksiya isə gündəlik istifadə üçün nəzərdə tutulmayıb. O, ilk növbədə tərtibatçılar üçün lazımdır. Tərtibatçılar bu funksiyadan istifadə edərək proqram təminatında səhvlərin axtarılmasını və aradan qaldırılmasını reallaşdırırlar. KB5020044 nömrəli yenilənmə isə sözügedən problemi aradan qaldırır və kompüter oyunlarının çalışma proseslərinə əvvəlki axıcılığı geri qaytarır (technote.az). Sözügedən yenilənmə məcburi yenilənmələr siyahısına daxil olmadığı üçün istifadəçilər onu fərdi şəkildə əməliyyat sisteminin yenilənmələr mərkəzindən işə salmalı olacaqlar.


SON XƏBƏRLƏR

23 Aprel 2024