• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Mikayıl Cabbarov Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü

CƏMİYYƏT

31 Oktyabr 2025 | 13:02

Mikayıl Cabbarov Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə "X" hesabında qeyd edib:

"Nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. İSO-ya üzv olan şirkətlərlə yerli biznes subyektləri arasında işbirliyinin fəal təşviqini, potensial layihələrin icrasını, investisiya, enerji, ticarət, sənaye, rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsini vurğuladıq. Ölkələrimizin istehsal və ixrac potensialını qlobal miqyasda gücləndirəcək strateji tərəfdaşlıqları inkişaf etdirmək biznes əməkdaşlığımızın başlıca prioritetlərindəndir".

 


SON XƏBƏRLƏR