Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə ölkələr arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir tviterdə yazıb.
“Almaniya və Azərbaycan güclü iqtisadi tərəfdaşlardır”, - o bildirib.
Diplomat səmərəli görüşə görə nazir M.Cabbarova təşəkkür edib.
















