• Bakı 23° C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

"Milan"ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

İDMAN

07 Sentyabr 2025 | 16:31

Milanın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

İtaliyanın "Milan" klubunun futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab"da davam etdirəcək.

Bakıvaxtı.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, tərəflər 25 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər.

Oyunçuya 7 milyon avro maaş və 3 illik müqavilə təklif olunub. Bu da Adlinin Milan klubundakı gəlirindən üç dəfə çoxdur.

Qeyd edək ki, Yasin Adli ötən mövsüm icarə əsasında "Fiorentina"da çıxış edib. PSJ-nin yetirməsi 2021-ci ilin yayında "Bordo"dan "Milan"a keçib.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025