• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Rusiya dəniz piyadalarını Pokrovska göndərdi

DÜNYA

06 Sentyabr 2025 | 19:27

Rusiya dəniz piyadalarını Pokrovska göndərdi

Rusiya Pokrovsk bölgəsində vəziyyəti dəyişmək və Donetsk vilayətində “həlledici sıçrayış” həyata keçirmək üçün dəniz piyadalarını cəbhəyə yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın 7-ci Hava Desant Hücum Korpusunun bəyanatda bildirilib.

"Bu yaxınlarda Rusiya komandanlığı təcrübəli dəniz piyadalarını Pokrovsk rayonuna köçürüb. Son həftələr ərzində düşmən öz taktikasını tənzimləyib, ukraynalı müdafiəçilərin irəli mövqeləri ilə döyüşə girmədən tək və ya kiçik qruplar şəklində şəhərə mümkün qədər dərindən müdaxilə etməyə çalışıb. Düşmənin Pokrovskda əsas məqsədi dron və ya minaatanların mövqelərini mümkün qədər yaxınlaşdırmaqdır”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025