• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

KİV: İsrail hərbçiləri Suriyanın iki kəndində əməliyyat keçirib

DÜNYA

06 Sentyabr 2025 | 21:47

KİV: İsrail hərbçiləri Suriyanın iki kəndində əməliyyat keçirib

İsrail Ordusunun mexanikləşdirilmiş patrulu Suriyanın cənubundakı əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Bir-Əcəm və Breyqa yaşayış məntəqələrində təmizlik əməliyyatı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Syria" telekanalı məlumat yayıb.

Məlumata  görə, İsrailin pilotsuz təyyarələri kəndlərin səmasında əməliyyat keçirib. Radikal qruplarla əlaqədə olmaqda şübhəli bilinən şəxslərin saxlanılması barədə məlumat verilmir.

Daha əvvəl Parisdə Suriya və İsrail nümayəndə heyətləri 1974-cü ildə Holan yüksəkliklərində İsrail və Suriya Qüvvələrinin ayrılması haqqında Sazişin yenidən qüvvəyə minməsi şərtlərini müzakirə edərək məsləhətləşmələr apardılar. Suriya Prezidenti Əhməd əş-Şaraa avqustun 24-də təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli razılaşmaların hazırlanması istiqamətində əldə olunan irəliləyiş barədə məlumat verib. Onun sözlərinə görə, Suriya hakimiyyəti İsrailin Deraa və əl-Kuneytra əyalətlərinə davamlı hücumlarını dayandırmaq üçün çalışır./report


SON XƏBƏRLƏR

06 Sentyabr 2025