• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Millətlər Liqası: Millimiz Estoniyanı qəbul edəcək

İDMAN

16 Noyabr 2024 | 09:15

Millətlər Liqası: Millimiz Estoniyanı qəbul edəcək

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.

Bakıvaxtı.az xəbər verir ki, C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.

Matçı Şotlandiyadan olan FIFA referisi Con Biton idarə edəcək. Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

16 noyabr

V tur

18:00. Azərbaycan - Estoniya

Baş hakim: Con Biton (Şotlandiya).

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.


SON XƏBƏRLƏR

18 Aprel 2025