Oktyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şimali-Xəzər və Qaraçaqanaq layihələrindəhasilatın pay bölgüsünə dair Qazaxıstan hökumətinin səlahiyyətli orqanı olan "PSA" Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, komitə sədri qonaqları qalib Azərbaycanın parlamentində salamlamaqdan məmnunluğunu ifadə edib. 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərini türk dünyasının qələbəsi kimi qiymətləndirən Sadiq QurbanovQazaxıstan dövlətinin,siyasi və ictimai xadimlərinin haqq işimizə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb.
O, Azərbaycanla Qazaxıstanı birləşdirən çoxəsrlik tarixi və mədəni əlaqələrdən, ortaq dəyərlərdən danışaraqÜmummilli lider Heydər Əliyev və Elbası Nursultan Nazarbayev tərəfindən əsası qoyulan əməkdaşlığındövlət başçılarımız tərəfindənhazırda da müvəffəqiyyətlə davametdirildiyinivurğulayıb.O, beynəlxalq təşkilatlar, xüsusən dəTürk Şurasıçərçivəsində əməkdaşlığımızdan məmnunluğunu ifadə edib.Ölkələrimizin iqtisadi əlaqələri, xüsusən də neft-qaz hasilatındakı birgə fəaliyyəti və təcrübə mübadiləsinə toxunan komitə sədri bu ənənənin davam etdirilməsiniyüksək dəyərləndirib.
Görüşdə iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov müasir dünyada enerji resurslarının rolundan, Azərbaycanın enerji təhlükəsizliyisiyasətindən bəhs edib, bu sahədə perspektiv imkanlardandanışıb.
"PSA" Səhmdar Cəmiyyətininİdarə heyətinin sədriİzbastin Beket, səhmdar cəmiyyətin əməkdaşları Dias İbraşev,Ruslan Balıkbayev və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ölkəmizin Vətən müharibəsindəki qələbəsini ədalətin zəfəri kimi dəyərləndiriblər, təbriklərini çatdırıblar. Qonaqlar hasilatın pay bölgüsü layihələri üzrə idarəetmə metodları, yaranan mübahisələrin həlli yolları, bu sahə üzrə qanunvericilik bazası və onun təkmilləşdirilməsi kimi məsələlərlə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanıblar.
Görüşdə Milli Məclisin deputatı Əliabbas Salahzadə,“PSA" Səhmdar Cəmiyyətinin əməkdaşı Baqdat Kujatov və digər rəsmi şəxslər də iştirak ediblər.


















