• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Millimiz vətənə 10 medalla döndü - FOTOLAR

İDMAN

12 Dekabr 2024 | 09:53 | Müəllif: Qalib İbrahimoğlu

Millimiz vətənə 10 medalla döndü - FOTOLAR

Türkiyədə ənənəvi “Antalya Open Cup” beynəlxalq yarışı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Muay-tay üzrə Azərbaycan millisi də yarışda mübarizə aparıb.

İdmançılarımız yarışı 3 qızıl, 3 gümüş və 4 bürünc olmaqla 10 medalla başa vurub.

Millimizin heyətində Necati Əliyev (58 kq), Rəvan Əhmədov (38 kq) və Məhəmməd Əmrəliyev (81 kq) qalib adına yiyələniblər.

İzzət Həsənov (57 kq), Sadiq Ağayev (75 kq) və Tünzalə Əliyeva (54 kq) gümüş medal əldə ediblər. Hüseyn Hüseynli (51 kq), Kənan Hüseynov (63,5 kq), Səməndər İsgəndərov (86 kq) və Aysu İslamova (48 kq) isə 3-cü yeri tutublar.

Qeyd edək ki, yığmamız 10 medalla turnirə qatılan 28 ölkə arasında 5-ci olub.


Millimiz vətənə 10 medalla döndü - FOTOLARMillimiz vətənə 10 medalla döndü - FOTOLARMillimiz vətənə 10 medalla döndü - FOTOLARMillimiz vətənə 10 medalla döndü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026