• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Moldova MDB PA-dan çıxır

DÜNYA

27 Iyun 2023 | 16:11

Moldova MDB PA-dan çıxır

Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından (MDB PA) çıxmaq prosesinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu TVR-Moldova telekanalına müsahibəsində bildirib.

Spikerin sözlərinə görə, ölkə artıq MDB PA tərkibindən çıxmaq proseduruna başlayıb və bir ay ərzində qərarın veriləcəyi gözlənilir:

“Təbii ki, biz bəzi hüquqi prosedurlara əməl etməli olacağıq. Qərar layihəsi hökumətə təqdim edilib, nəticəsini gözləyirik. Proses başlayıb və məsələ artıq müzakirə olunur. Qərar layihəsi yaxın vaxtlarda parlamentə Milli Məclisə təqdim olunacaq”, - deyə Qrosu bildirib.

“İstəyirik ki, mümkün qədər tez bir zamanda – cari parlament sessiyasının sonuna kimi MDB PA-nın yaradılması haqqında sazişin ləğvinə səs verək”, - Moldova parlamentinin rəhbəri əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026