• Bakı 12° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.7922

    RUB - 0.0172

Moldovanın Baş prokuroru: Prioritetlərimizdən biri də ekoloji cinayətlərlə mübarizədir

COP29

15 Noyabr 2024 | 14:28

Moldovanın Baş prokuroru: Prioritetlərimizdən biri də ekoloji cinayətlərlə mübarizədir

Moldova nümayəndə heyətini belə bir möhtəşəm tədbirə dəvət etdiyinə görə Azərbaycanın Baş Prokurorluğuna minnətdarıq. Qeyd etmək istərdim ki, Moldova prokurorluğu üçün ekoloji cinayətlə mübarizə prioritet istiqamətlərdən biridir. Bununla mübarizə aparmaq üçün biz çox səy sərf etməli və bütün prokurorluq orqanları ilə əməkdaşlıq etməliyik.

Bakıvaxtı.az Azərtaca istinadla xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Moldovanın Baş prokuroru İon Muntyanu məlumat verib.

İki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlığı vurğulayan İon Muntyanu qeyd edib ki, hazırda prokurorluq orqanlarında ümumi işlərə və müraciətlərə çox qısa müddətdə baxılır. “Azərbaycanın Baş prokuroru ilə dünənki görüşdə biz gələn il üçün birgə tədbirləri müəyyən etdik”, - deyən Baş prokuror ölkəsinin əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.


SON XƏBƏRLƏR

15 Noyabr 2024