• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Moskviç” zavodunda İran avtomobilləri istehsal ediləcək

İQTİSADİYYAT

12 Iyul 2022 | 21:55 | Müəllif: Subhan Mahmudov

“Moskviç” zavodunda İran avtomobilləri istehsal ediləcək

Moskvanın “Moskviç” avtomobil zavodu İran istehsalı olan avtomobillərin istehsalına başlaya bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Xaricdəki İranlılar Mərkəzinin rəhbəri Mirzay Qazi Abbas Müslim məlumat verib.

“Bizim “Moskviç”lə ciddi dialoqumuz var. İran avtomobillərinin Rusiyada “Moskviç” brendi ilə istehsalına dair ilkin razılaşma əldə olunub”, - deyə o, bildirib.

Müslimin sözlərinə görə, İran şirkətləri Tatarıstanın avtomobil zavodlarında işləmək imkanlarını da nəzərdən keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026