• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Mövcud Covid-19 peyvəndləri yeni variantlara qarşı effektivdirmi? - ÜST-dən AÇIQLAMA

DÜNYA

28 Sentyabr 2023 | 10:11 | Müəllif: Qalib İbrahimoğlu

Mövcud Covid-19 peyvəndləri yeni variantlara qarşı effektivdirmi? - ÜST-dən AÇIQLAMA

Qış mövsümündən əvvəl Covid-19 ilə bağlı narahatedici tendensiyalar müşahidə olunur.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qurumun həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, son 28 gündə xüsusilə Avropa və ABŞ-da Covid-19 səbəbiylə xəstəxanaya yerləşdirilmələr və reanimasiyaya müraciətlər artıb.

Qebreyesus, Covid-19-a qarşı peyvəndin ən çox risk altında olan insanlar üçün aşağı səviyyədə qaldığını, dünya əhalisinin 2/3-nin peyvəndin ilk dozasını vurdurduğunu, ancaq yalnız 1/3-nin gücləndirici doza aldığını söyləyib.

"Covid-19 2 il əvvəl olduğu kəskin böhran olmaya bilər, lakin bu, onu görməzlikdən gələ biləcəyimiz demək deyil" deyən ÜST-nin baş direktoru, ölkələrin Covid-19 ilə mübarizə üçün çoxlu sərmayə qoyduğunu və bununla bağlı tədbirlərini davam etdirməli olduqlarını vurğulayıb.

ÜST-nin Covid-19 ilə Mübarizə üzrə Texniki Komitəsinin rəhbəri Maria Van Kerkhove isə bildirib ki, Covid-19-un ümumi yeni variantlarında - EG.5.1 (Eris), XBB.1.5 və BA.2.86 (Pirola) - heç bir dəyişiklik aşkar edilməyib.

"Covid-19-a yoluxmalar artsa da, yeni variantların daha yoluxucu və təhlükəli olduğunu deyə bilərsinizmi? Yeni variantlar üçün yeni peyvənd proqramlarına ehtiyac olacaqmı" sualına cavab verən Kerkhove qeyd edib ki, mövcud Covid-19 peyvəndləri təhlükəsiz və təsirli olmağa davam edir və ciddi xəstəliklərin və ölümlərin qarşısını alır.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR