• Bakı 18° C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

MPQ üzvləri 3 saylı uşaq evinə baş çəkib

CƏMİYYƏT

21 May 2025 | 09:55

MPQ üzvləri 3 saylı uşaq evinə baş çəkib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən 3 saylı uşaq evinə başçəkmə həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ombudsman məlumat yayıb.

Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Konstitusiya Qanunu və “Uşaq hüquqları haqqında” Azərbaycan Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini, habelə əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması və verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsindən ibarət olub.

Başçəkmə zamanı adıçəkilən müəssisənin bütün ərazisinə baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi söhbətlər aparılıb.

Yekunda müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.


SON XƏBƏRLƏR