• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Müdafiə Nazirliyi bu vəzifəyə işçi axtarır

GÜNDƏM

29 Avqust 2024 | 17:30

Müdafiə Nazirliyi bu vəzifəyə işçi axtarır

Müdafiə Nazirliyinin Bakı şəhərində və digər bölgələrdə yerləşən tabeliyindəki hərbi hissə və müəssisələrində vakant mühasib və baş mühasib vəzifələrinə mülki şəxslərin müsabiqə yolu ilə işə qəbulu elan edilir.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, ən azı 2 il mühasibatlıq fəaliyyəti üzrə iş stajı olan vətəndaşlar müsabiqədə iştirak edə bilər.

Qəbul zamanı peşəkar mühasib və maliyyə işi üzrə müvafiq sertifikatları olan şəxslərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən 40 yaşadək namizədlər şəxsi telefon nömrələrini qeyd etmək şərti ilə aşağıdakı sənədləri sentyabrın 20-dək [email protected] e-poçt ünvanına göndərə bilərlər:

- tərcümeyi-hal;

- şəxsiyyət vəsiqəsinin surəti;

- diplomun surəti;

- müvafiq setifikatların surəti;

- əmək kitabçası və ya əmək fəaliyyəti barədə bildirişin surəti.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026