• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Müller Ronaldu və Kasilyasın uğurunu təkrarladı

İDMAN

21 Sentyabr 2023 | 11:06

Müller Ronaldu və Kasilyasın uğurunu təkrarladı

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda İngiltərə “Mançester Yunayted”i ilə matç Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Tomas Müller üçün xüsusi olub.

Bakıvaxtı.az xəbər verir ki, Münhen təmsilçisinin saytının yaydığı məlumata görə, 34 yaşlı hücumçu turnirdə 100-cü qələbəsini qazanıb.

Almaniyalı futbolçu ÇL-in tarixində bu saya çatmağı bacaran üçüncü futbolçu olub. Daha əvvəl Kriştianu Ronaldu (115) və İker Kasilyas (101) Çempionlar Liqasında 100 qələbə səddini keçə biliblər.

Qeyd edək ki, Müller komandasının 4:3 qalib gəldiyi qarşılaşmanın 87-ci dəqiqəsində meydana çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026