• Bakı 19° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

Musiqi müəllimi icra başçısına müavin TƏYİN EDİLDİ

CƏMİYYƏT

21 Aprel 2025 | 12:54

Musiqi müəllimi icra başçısına müavin TƏYİN EDİLDİ

Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Bakıvaxtı.az Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçısının birinci müavini təyin edilib.

Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib, ancaq I müavini vəzifəsi hələ ki, vakantdır.

Xəyalə Töhrab qızı Töhrablı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.

Xəyalə Töhrablı 9 fevral 1986-cı ildə Şəki şəhərində anadan olub.

2000-2004-cü illərdə Şəki Musiqi Texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2004-2008-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib.

2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İnstrumental ifaçılıq, instrumental ifaçılığın tarixi nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr elmi dərəcəsi alıb.

2015-2019-cu illərdə Bakı Musiqi Akademiyasında Dissertant (Sənətşunaslıq üzrə) olub.

2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb.


SON XƏBƏRLƏR

20 Aprel 2025