Son günlərdə müşahidə olunan yol deformasiyaları sürücülərin narazılığına səbəb olub.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə Zabratdan Balaxanı istiqamətinə dönən yolda yaranan iri və dərin çuxurlar avtomobillərin hərəkətini xeyli çətinləşdirir.
Sürücülərin sözlərinə görə, yol örtüyü uzun müddətdir ki, təmir olunmur və yağışlı hava şəraiti ilə birlikdə vəziyyət daha da pisləşib. Çuxurların dərinliyi və genişliyi o qədər artıb ki, sürücülər avtomobillərinin alt hissəsinin zədələndiyini, təkərlərin sıradan çıxdığını bildirirlər. Yolun əlverişsiz vəziyyəti səbəbindən sürücülər avtomobillərini təmirə aparmaq məcburiyyətində qalıblar.
“Bu yolların ucbatından mən ustalardan çıxmıram. Maşının amortizasiya sistemi sıradan çıxıb. Asfaltın ümumi keyfiyyəti yox idi, yağış yağdı, bir az da çoxaldı...”, - narazı sürücülərdən biri deyir.
Daha ətraflı süjetdə: