• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Naxçıvan Səhiyyə Nazirliyində yeni TƏYİNAT

CƏMİYYƏT

23 May 2023 | 11:04

Naxçıvan Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Naxçıvan Səhiyyə Nazirliyində Təminat mərkəzi yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun imzaladığı əmrə əsasən, qurumun tərkibində yaradılan yeni mərkəzə direktor Elçin Rəfiyev təyin edilib.

Türkiyədə təhsil alan Elçin Rəfiyev bundan əvvəl “Naxçıvanbank”da fəaliyyət göstərib.

Samiq Sadıxovun imzaladığı digər əmrlə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində baş həkimin inzibati işlər üzrə müavini vəzifəsinin müvəqqəti icrası Vüqar Babayevə həvalə edilib.

Qeyd edək ki, Vüqar Babayev buna qədər Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026