Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda 15 iyul günü ilə bağlı tədbir keçirilib.
Bakıvaxtı.az "NUHÇIXAN" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Çıxış edənlərdən Naxçıvandakı Baş Konsulu Asip Kaya Azərbaycanın Türkiyəyə edilən bu xəyanəti kəskin şəkildə qınadığını qeyd edib. Konsul diqqətə çatdırıb ki, bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə birgə əməkdaşlıq, birlik və qardaşlıq nümayiş etdirir.
Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edib.
Sonda dövlət çevrilişinə cəhddə həlak olan şəxslərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.







jpg-1723626525.webp)








