Şair Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, “Zaurla Günaydın” verilişində qonaq olan Nazilə “TikToker” Adəmin atası Sadiqdən danışıb.
O, övladını “TikTok”da canlı yayım açmağa məcbur edən valideynlərin cəzalandırılmasını istəyib:
“Ata eləcə durur, uşaq canlı yayım aparır. Uduzanda da gözlərini bərəldir, orbitdən çıxır. Elə valideynlərə cinayət işi açılmalıdır”.
Ziyafət Əlisoy
















