• Bakı 13° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Nazim Hikmət küçəsindən dairəvi yola çıxış genişləndirilir - VİDEO

CƏMİYYƏT

23 Sentyabr 2024 | 17:15

Nazim Hikmət küçəsindən dairəvi yola çıxış genişləndirilir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Nazim Hikmət küçəsindən Bakı Dairəvi Yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri həyata keçirir.

Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Ardınca asfaltlanma işlərinin icrası həyata keçiriləcək, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa ediləcək.


SON XƏBƏRLƏR

06 Aprel 2026