“Məktəblərdə qızılcanın yayılması ilə bağlı prosesi izləyirik”.
Bakıvaxtı.az bunu elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə deyib.
Onun sözlərinə görə, rəqəmlər toplanılır: “Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş hallarla bağlı statistika elə də çox deyil. Digər məsələ məktəblərdən gələn iddialarla bağlıdır. Yəni, qızdırma olur, qızılca olduğunu düşünürlər. Hər hansı problem varsa, poliklinika və tibb mərkəzlərinə müraciət etmək çox vacibdir. Çünki nə müəllim, nə direktor, nə də biz qızılca diaqnozu qoymaq səlahiyyətindəyik”.
Nazir qeyd edib ki, hazırda əksər məktəblərdə ciddi problem müşahidə edilmir: “Sadəcə bəzi məktəblərdə direktorlar tərəfindən gələn iddialar var ki, məsələn, bizim məktəbdə 100 nəfər qızılcalı uşaq var”.
Aytac Aslan