“Uzun müddət məktəb müəllimənin maaşı yüksək olmayıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin bugünkü brifinqində nazir Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu ərəfədə kimisi repititorluq edib, kimisi evdə hazırlıq keçib:
“Ancaq indi biz sertifikasiya vasitəsilə müəllimlərin maaşını artırmağa çalışırıq. Bizim nəzərimizdə repititorluq fəaliyyəti yanlışdır”.
E.Əmrullayevin sözlərinə görə, dərsdənkənar məşğələlərin doğru-dürüst qaydaları olmalıdır:
“Biz hələ də Sovetdən qalma “stavka” sistemindən çıxa bilmirik. Adambaşına maliyyə sisteminə keçməliyik”.
Aytac Aslan
















