• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazirlik bu oteldə yoxlama apardı - CƏRİMƏ

CƏMİYYƏT

11 Yanvar 2023 | 15:15

Nazirlik bu oteldə yoxlama apardı - CƏRİMƏ

“Yeni Abşeron Oteli” MMC cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən MMC barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılır.

ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə bağlıdır.

Belə ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir. 

İbRa

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026