• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Nazirlik tikinti şirkətini CƏRİMƏLƏDİ 

CƏMİYYƏT

02 Avqust 2023 | 15:04

Nazirlik tikinti şirkətini CƏRİMƏLƏDİ

Tikinti şirkəti olan “Ziyəddinoğlu” MMC cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi “Ziyəddinoğlu” barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi əsasında protocol tərtib olunaraq iş Xətai Rayon Məhkəməsinə göndərilib.  

Bu maddə yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsilə bağlıdır.

Belə ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş hakim Rəfail Sadıxovun sədrliyilə araşdırılacaq.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026